Gənc qadın qardaşının evini taladı, sonra arvadının xəyanət etdiyini dedi – TƏFƏRRÜAT 

Gənc qadın qardaşının evini taladı, sonra arvadının xəyanət etdiyini dedi – TƏFƏRRÜAT 

Hazırda oxunan: Gənc qadın qardaşının evini taladı, sonra arvadının xəyanət etdiyini dedi – TƏFƏRRÜAT 

88791

Abşeron rayonunda 1992-ci il təvəllüdlü Əminə Rüstəmova qardaşı Məmmədin (adlar şərtidir – red.) evindən oğurluq edib.  

Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə rayonun Qobu qəsəbəsində baş verib.  

Əminə qardaşının evindən bir ədəd 600 manat dəyərində “Sony” markalı televizoru, evdəki şkafdan bir ədəd 70 manat dəyərində və bir ədəd 35 manat dəyərində olan qış gödəkçələrini, bir ədəd 100 manat dəyərində olan qadın qış gödəkçəsini, bir ədəd 38 manat dəyərində olan kişi ayaqqabısını və bir ədəd 2 manat dəyərində olan CD formatlı toy diskini oğurlayıb.  

İstintaq orqanı tərəfindən Əminənin barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törətmək) maddəsi ilə ittiham elan edilib.  

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əminə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, qardaşı Məmmədin ailəsi ilə birlikdə evdə olmadıqlarını, İsmayıllı rayonunda olduqlarını bildiyi üçün onun evindən oğurluq etmək qərarına gəlib:  

”Həmin gün saat 17 radələrində Məmmədin yaşadığı evin qarşısına getdim. Sonra evin arxa tərəfinin hasarı alçaq olduğu üçün oradan həyətə girdim. Bundan sonra evin qarşı tərəfindəki pəncərəni açdım və evdən əşyaları oğurladım”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, sonra evdən çıxıb və əşyaları tanımadığı bir taksi ilə kirayədə yaşadığı evə aparıb:  

“Əşyaları bir neçə gün kirayədə yaşadığım evdə saxlasam da, sonradan Məmmədin evindən oğurladığım televizoru Sumqayıt şəhərində yaşayan rəfiqəm İlhaməyə hədiyyə göndərmək qərarına gəldim. Ona görə də əşyaları tanımadığım taksi ilə onun evinə yolladım”.  

Əminə ifadəsində əməlini etiraf edib.  

Zərərçəkmiş Məmmədin sözlərinə görə, oğurluq hadisəsi baş verən gün İsmayıllı rayonunda yaşayan anası Baharın səhhəti ilə əlaqədar ailəsi ilə birlikdə ora gedib. O bildirib ki, geri qayıdanda evinin qarət olunduğunu görüb və bu barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verib. 

Məmməd qeyd edib ki, hadisədən 20 gün əvvəl istifadəsində olan “Vhatsapp”a SMS gəlib və həmin şəxs ona tanış olmağı təklif edib:  

“Həmin şəxsə ailəli olduğumu bildirdim və tanış olmağa ehtiyac olmadığını söylədim. Bu sözləri yazsam da, mənə SMS yazmağa davam etdi. Təxminən 3-4 gündən sonra mənə yenidən SMS yazaraq ailəmin mənə xəyanət etdiyini söylədi. Ondan dediyi sözü sübut etməyi tələb etdim. Məni 20 Yanvar dairəsinə çağırdı ki, sübut etsin. Deyilən yerə 2 dəfə getsəm də, həmin şəxs məni aldadaraq görüşəcəyimiz yerə gəlmədi. Ona polisə şikayət edəcəyimi bildirdim. O, isə heç kimdən qorxmadığını dedi. 2-3 gün həmin şəxslə aramızda heç bir danışıq olmadı.  

Evimdə baş vermiş oğurluq hadisəsindən 1 gün sonra mobil nömrəmə yenidən SMS gəldi. Həmin şəxs evimdən oğurluq olub-olmamasını soruşdu. Yenidən həmin şəxsdən kim olmağı və evimdən oğurluq olmasını hardan bildiyini soruşdum”. 

Zərərçəkmişin sözlərinə görə, sonradan İlhamə adlı şəxs SMS yazıb və onunla maraqlanıb:

“Həmin şəxs adının İlhamə olduğunu yazdı. Evimdən oğurlanan əşyaların onda olduğunu və geri qaytarmasını bildirdim. O adımın Məmməd olub-olmadığını soruşdu. Bundan sonra əmin oldum ki, evimdən oğurluq edən şəxslər bunlardır”. 

Zərərçəkmiş qeyd edib ki, bundan sonra baş verən hadisə ilə bağlı polisə məlumat verib və cinayətin üstü açılıb. Onun sözlərinə görə, ilk anda oğurluğun bacısı tərəfindən törədildiyini bilməyib. O, ifadəsində bacısından şikayətçi olmadığını deyib.  

Məmməd ona dəymiş ziyanın bacısı tərəfindən ödənilməsi barədə məhkəməyə ərizə təqdim edib.  

Abşeron rayon Məhkəməsinin hökmü ilə Əminə 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.  

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO