Bakıda “Prius” sürücüsü ilə qadın sərnişin arasında baş verən mübahisənin təfərrüatı bəlli olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, polisin keçirdiyi tədbirlərlə “Toyota Pirus” markalı avtomobilin sürücüsü müəyyən olunub:
“Sürücü mübahisə etdiyi şəxslə əvvəldən tanışdı. Onların arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Həmin qadın onun müştərisi olmayıb. Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib olunub”.
MÖVZU İLƏ BAĞLI:
Paytaxtda OLAY: Taksi sürücüsü qadın sərnişini döydü - VİDEO
Qeyd edək ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə tətbiq edilir.
İşin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət qədər sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.
Səkinə Yusibli, Bizim.Media