Azərbaycan şpaqaçısı İslamiadada yarımfinala yüksəlib

Azərbaycan şpaqaçısı İslamiadada yarımfinala yüksəlib

Hazırda oxunan: Azərbaycan şpaqaçısı İslamiadada yarımfinala yüksəlib

88658

Azərbaycan şpaqaçısı Ruslan Həsənov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında yarımfinala yüksəlib. 

Bizim.Media Report.az-a istinadən xəbər verir ki, qrup mərhələsini 4 qələbə ilə bitirən idmançı pley-offda türkiyəli Ege Say Aliyə 15:8 hesabı ilə qalib gəlib. 

Həsənov 1/8 finalda Səudiyyə Ərəbistanını təmsil edən Cavad Əldavudu 15:8, ardınca isə iordaniyalı İyad Odehi 15:11 hesabı ilə üstələyib. 

Şpaqaçı finala gedən yolda Özbəkistan idmançısı Fayzulla Alimovla qarşılaşacaq. Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Azərbaycan təmsilçilərindən Barat Quliyev pley-offda, Kənan Əliyev isə 1/8 finalda uduzub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO