İranda sərnişin təyyarəsinin tavanı çökdü - VİDEO 

İranda sərnişin təyyarəsinin tavanı çökdü - VİDEO 

Hazırda oxunan: İranda sərnişin təyyarəsinin tavanı çökdü - VİDEO 

88634

Sosial mediada "İran Air" avişirkətinə məxsus təyyarənin Təbriz hava limanına uğursuz eniş cəhdinin ardından növbəti eniş zamanı təyyarənin tavanının bir hissəsinin çökməsinə dair video yayılıb. 

Bizim.Media "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, sözügedən aviaşirkətin nümayəndəsi məsələ ilə bağlı açıqlama verərkən iddia edib ki, hadisənin yaşanmasına güclü külək və təyyarənin silkələnməsi səbəb olub. 

Xatırladaq ki, sosial mediada İranda tez-tez döyüş və sərnişin təyyarələrinin təkərlərinin partlaması, mühərrikdə digər problemlərin yaranması kimi bir sıra texniki nasazlıq yaşanmasına dair video və xəbərlər yayılır. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO