Qəbələnin “Laza” kəndində nə baş verib? - Turizm Agentliyindən AÇIQLAMA

Qəbələnin “Laza” kəndində nə baş verib? - Turizm Agentliyindən AÇIQLAMA

Hazırda oxunan: Qəbələnin “Laza” kəndində nə baş verib? - Turizm Agentliyindən AÇIQLAMA

88613

Ötən gün Qəbələnin Laza kəndində yerli sakinlərin yolu bağlayaraq turistləri kəndə buraxmadıqları ilə bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb.

Bildirilir ki, kəndə turist kimi gələn şəxslərin qarşısını kəsən sakinlər kənddə avtomobildən istifadənin yasaqlanmasını tələb ediblər.

Bizim.Media olaraq baş verənlərə aydınlıq gətirmək üçün Dövlət Turizm Agentliyi ilə əlaqə saxladıq. Qurumun sözçüsü Gülnar Mustafayeva açıqlamasında bildirib ki, hadisə turistlərlə bağlı olmayıb:

“Artıq məsələ həll olunub, yol açıqdır. Məsələ ilə bağlı daha detallı araşdırma aparılacaq, amma onu qeyd etmək lazımdır ki, etiraz turistlərlə deyil, kənd sakinləri və oradakı iaşə obyekti sahibləri arasında anlaşılmazlıqdan irəli gəlib”, - deyə G.Mustafayeva açıqlamasında qeyd edib.

Qeyd edək ki, yayılan videogörüntülərdə polis əməkdaşlarının da hadisə yerində olduğu yer alıb.

Həmin görüntüləri təqdim edirik:

Səkinə Yusibli, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO