23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında yarımfinalda Türkiyə yığması ilə mübarizə aparıb.
Bizim.Media xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qolunu 43-cü dəqiqədə Məhəmməd Gümüşkaya vurub.
Bu qələbə sayəsində Türkiyə millisi finala vəsiqə qazanıb.
Azərbaycan millisi isə 3-cü yer uğrunda görüşdə Əlcəzair - Səudiyyə Ərəbistanı qarşılaşmasının məğlubu ilə görüşəcək.
Bizim.Media

- A-
- A
- A+
İdman
20:23 / 14.08.2022
Azərbaycan futbolçuları Türkiyəyə uduzdu - 3-cü yer uğrunda yarışacaq
Hazırda oxunan: Azərbaycan futbolçuları Türkiyəyə uduzdu - 3-cü yer uğrunda yarışacaq
Hazırda oxunan: Azərbaycan futbolçuları Türkiyəyə uduzdu - 3-cü yer uğrunda yarışacaq
88532
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.