Azərbaycan gimnastı Zöhrə Ağamirova V İslam Həmrəyliyi Oyunlarında bədii gimnastika yarışlarında qızıl medal qazanıb.
Bizim.Media xəbər verir ki, Z.Ağamirova gürzlərlə hərəkətlərdə birinci yeri tutub.
Gürzlərlə proqramın finalında çıxış edən digər azərbaycanlı gimnast İlona Zeynalova dördüncü yeri tutub.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Oyunlar avqustun 18-dək davam edəcək.
Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.
Bizim.Media

- A-
- A
- A+
İdman
17:40 / 14.08.2022
Gimnastımız Zöhrə Ağamirova qızıl medal qazandı - FOTO
Hazırda oxunan: Gimnastımız Zöhrə Ağamirova qızıl medal qazandı - FOTO
Hazırda oxunan: Gimnastımız Zöhrə Ağamirova qızıl medal qazandı - FOTO
88516
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.