Sədan kəndindəki qəzada yaralananların kimliyi açıqlandı - ADLAR - ÖZƏL/FOTO

Sədan kəndindəki qəzada yaralananların kimliyi açıqlandı - ADLAR - ÖZƏL/FOTO

Hazırda oxunan: Sədan kəndindəki qəzada yaralananların kimliyi açıqlandı - ADLAR - ÖZƏL/FOTO

88515

Siyəzən rayonunun  Sədan kənd yolu istiqamətində baş verən qəzada yaralanan sərnişinlərin kimliyi məlum olub.

Bizim.Media xəbər verir ki, bunlar Şabran rayon sakinləri - 63  yaşlı Gülmünaz Əlsahib qızı İbrahimova, 36 yaşlı Xuraman Heydər qızı İbrahimova, 65 yaşlı Məhəmməd Əmənulla oğlu Qürbətovdur.

"UAZ" markalı avtomaşının sürücüsü, 64 yaşlı Gülmirzə Əlfişah oğlu İbrahimov da xəsarət alaraq Siyəzən Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb.

Mərkəzdə 4 yaralının hamısına tibbi yardım göstərilib.

Qeyd edək ki, bu qəzada rayonun Qərbilik kənd sakini, 52 yaşlı Ənvər Əmənulla oğlu Qürbətov yerindəcə ölüb.

Faktı Siyəzən rayon polis şöbəsinin istintaq bölməsi araşdırır.

Qəzada ölən və yaralanan şəxslər bir-birilə qohumdur.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO