Azərbaycan gimnastı İslamiadada qızıl medal qazandı - VİDEO

Azərbaycan gimnastı İslamiadada qızıl medal qazandı - VİDEO

Hazırda oxunan: Azərbaycan gimnastı İslamiadada qızıl medal qazandı - VİDEO

88489

Azərbaycan gimnastı Vladimir Dolmatov V İslam Həmrəyliyi Oyunlarında aerobika gimnastikası üzrə yarışlarda qızıl medal qazanıb.

Bizim.Media xəbər verir ki, aerobika gimnastikası üzrə Azərbaycan yığmasının üzvü Vladimir Dolmatov kişilər arasında fərdi proqramda birinci yeri tutub.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Oyunlar avqustun 18-dək davam edəcək.

Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO