İslamiada: Basketbol millimiz qələbə qazandı

İslamiada: Basketbol millimiz qələbə qazandı

Hazırda oxunan: İslamiada: Basketbol millimiz qələbə qazandı

88432

Kişilərdən ibarət 3x3 basketbol növü üzrə yığma komandamız V İslam Həmrəylik Oyunlarına uğurlu start verib.

Bizim.Media xəbər verir ki, 5-ci İslam Həmrəylik Oyunlarında "C" qrupunda qərarlaşan millimizin ilk rəqibi Mali seçməsi olub.

Amil Həmzəyev, Zaur Paşayev, Orxan Aydın və Endar Poladxanlıdan ibarət 3x3 basketbol yığmamız görüşə fəal başlayıb və yekunda 18-15 hesablı qələbə qazanıb.

Qeyd edək ki, yığmamızın qrupdakı növbəti rəqibi Türkiyə millisi olacaq. Oyun Bakı vaxtı ilə bu axşam saat 22.00-da baş tutacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO