Azərbaycan güləşçiləri uğurlu çıxışlarını davam etdirirlər - İslamiada 

Azərbaycan güləşçiləri uğurlu çıxışlarını davam etdirirlər - İslamiada 

Hazırda oxunan: Azərbaycan güləşçiləri uğurlu çıxışlarını davam etdirirlər - İslamiada 

88411

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında Azərbaycan güləşçiləri uğurlu çıxışlarını davam etdirirlər. 

Bizim.Media xəbər verir ki, bu gün mübarizə aparan Azərbaycanın yeganə qadın güləşçisi Jalə Əliyeva (57 kq) A qrupunda ilk görüşdə özbəkistanlı Layloxon Sabirovaya "tuşe" ilə qalib gəlib. 

Kişilərdən Məhəmməd Əhmədiyev (87 kq) B qrupunda ilk görüşdə cəmi 26 saniyəyə tacikistanlı Bəxtəvər Həsənovu 8:0 hesabıyla məğlub edib. O daha sonra qırğızıstanlı Atabəy Azisbəyə sonuncu xal prinsipinə əsasən (3:3) məğlub olub. 

Sabah Şəriəti (130 kq) B qrupunda ilk görüşdə özbəkistanlı Mumincan Abdullayevə 4:1 hesabıyla qalib gəlib. Murad Məmmədov (60 kq) qazaxıstanlı Yernar Fidəhmədova 4:1 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. 
Qeyd edək ki, bu gün titullu güləşçilərimizdən Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanov (77 kq) da mübarizə aparacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO