DİN rayona getmək istəyənlərə müraciət etdi

DİN rayona getmək istəyənlərə müraciət etdi

Hazırda oxunan: DİN rayona getmək istəyənlərə müraciət etdi

8834

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi karantin rejimi çərçivəsində rayonlar və şəhərlərarası sərbəst hərəkətə qoyulan məhdudiyyətlə bağlı vətəndaşlara müraciət edib.

DİN BDYPİ-dən Bizim.Media-ya daxil olan məlumatda qeyd edilir ki, Nazirlər Kabinetinin xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə müvafiq qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinin ərazilərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxışa tətbiq olunmuş məhdudiyyətlər 2021-ci il 25 yanvar saat 00:00-dək uzadılıb.

Bunu nəzərə alaraq, DİN Baş DYP İdarəsi bir daha vətəndaşlardan müəyyən edilmiş qaydada icazəsi olmayanların respublikanın digər şəhər və rayonlarına, eləcə də əks istiqamətdə getməyə cəhd etməmələrini, göstərilən müddətədək səbirli olmaqla mövcud qaydalara ciddi riayət etmələrini xahiş edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO