Əhaliyə 3 milyard manatdan çox ödəniş edilib – RƏSMİ  

Əhaliyə 3 milyard manatdan çox ödəniş edilib – RƏSMİ  

Hazırda oxunan: Əhaliyə 3 milyard manatdan çox ödəniş edilib – RƏSMİ  

88277

2022-ci ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri proqnozla müqayisədə 1,4 faiz və ya 46 mln. manat çox olmaqla 3 mlrd. 287 mln. manat təşkil edib.  

Bu barədə Bizim.Media-ya DSMF-dən məlumat verilib.  

Məlumatda qeyd olunur ki, DSMF-nin sosial sığorta daxilolmalarında da artım dinamikası davam edib.  

Yanvar-iyul aylarında bu daxilolmalarda 1,7 faiz və ya 44 mln. manat artım baş verib, ümumilikdə 2 mlrd. 609 mln. manat sığorta yığımı həyata keçirilib.  

Fondun xərcləri isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,3 faiz və ya 182 mln. manat artaraq 3 mlrd. 53 mln. manat olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO