Madonna: “Oğlum qadın geyimlərində məndən daha gözəl görünür” - FOTO  

Madonna: “Oğlum qadın geyimlərində məndən daha gözəl görünür” - FOTO  

Hazırda oxunan: Madonna: “Oğlum qadın geyimlərində məndən daha gözəl görünür” - FOTO  

88254

Dünya pop səhnəsinin əfsanəsi Madonna “The Tonight Show” verilişində 2006-cı ildə övladlığa götürdüyü 16 yaşlı oğlu Devid Bandandan danışıb.  

Bizim.Media xəbər verir ki, sənətçi verilişdə oğlunun onun paltarlarını geyindiyini və ondan daha gözəl göründüyünü açıqlayıb.  

“İstənilən paltarı geyinib dəbli görünə bilər. O, mənim paltarlarımı geyinir və məndən daha yaxşı görünür” – deyə, Madonna fikirlərini ifadə edib.  

Xatırladaq ki, Madonna və oğlu birlikdə boks matçına gələrkən diqqət mərkəzində olmuşdular. Devid çıxış üçün qırmızı “Adidas x Gucci”nin libasını seçərək, anasının 1993-cü ildə qatıldığı “Sietldə yuxusuz" filminin premyerasında göründüyü obrazını təkrarlayıb.  
Qeyd edək ki, müğənninin altı övladı var: iki bioloji - Lourdes və Rokko və dörd övladlığa götürülmüş - Devid, Mersi Ceyms, əkiz Stella və Ester.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO