Azərbaycanın dünya çempionları İslamiadada YARIMFİNALDA

Azərbaycanın dünya çempionları İslamiadada YARIMFİNALDA

Hazırda oxunan: Azərbaycanın dünya çempionları İslamiadada YARIMFİNALDA

88253

Azərbaycanın iki dünya çempionu Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəlib.

Bu gün turnirə Azərbaycanın yunan-Roma güləşçiləri uğurlu start veriblər.

Bizim.Media xəbər verir ki, Olimpiya mükafatçısı, dünya və üçqat Avropa çempionu, I Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısı Rafiq Hüseynov (82 kq) əfqanıstanlı Əhməd Nəbizadəyə 8:0 hesabıyla qalib gələrək 1/4 finala yüksəlib.

Rafiq Hüseynov ikinci görüşündə türkmənistanlı Toyli Orazova 9:0 hesabıyla qalib gələrək dörd ən güclü güləşçi adını hesabına yazdırıb.

Üçqat Avropa mükafatçısı Taleh Məmmədov (63 kq) Səudiyyə Ərəbistanı təmsilçisi Mes Alsubayeyə 11:0 hesabıyla qalib gələrək 1/4 finala adını yazdırıb.

O, 1/4 finalda özbəkistanlı Turabəy Tirkaşevə 0:11 hesabıyla məğlub olub.

Azərbaycanın daha bir titullu güləşçisi, dünya və ikiqat Avropa çempionu Eldəniz Əzizli (55 kq) türkmənistanlı Ümid Durdiyevə 8:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib.

Eyni çəkidə yarışan Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova dairəvi sistem üzrə keçirilən yarışda türkiyəli Zeynəp Yetgilə 2:3 hesabı ilə uduzub.

Yunan-Roma güləşi üzrə ikiqat Avropa mükafatçısı Ülvü Qənizadə (72 kq) türkiyəli Murat Dağa 10:1 hesabıyla qalib gələrək yarımfinala yüksəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO