Sentyabrın 19-22 tarixində Nijni Novqorod şəhərində Azərbaycan və Rusiya Gənclərinin II Təşəbbüs Forumu keçiriləcək.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, Forum çərçivəsində humanitar əməkdaşlığın aktual məsələləri müzakirə olunacaq.
Tədbirin proqramına gənclərin imkanları mövzusunda plenar iclas, sosial dizayn üzrə mühazirələr, bir neçə istiqamət üzrə layihə komanda işi, mədəni ekskursiya proqramı daxildir.
Bundan əlavə, Forum çərçivəsində hər iki ölkənin müvafiq şöbələrinin və gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə “Könüllülük”, “Beynəlxalq proqramlar və forumlar” və “Özünü inkişaf və liderlik” tematik zonaları formatında geniş şəbəkə sessiyası keçiriləcək.
Rusiya və Azərbaycanın gənclərinin layihə və proqramlarının təqdimatı keçiriləcək.
Qeyd edək ki, 2022-ci il martın 1-3-də Qusarda Rusiya və Azərbaycan Gənclərinin I Təşəbbüs Forumu keçirilib.
Forumun təşkilatçıları Azərbaycanın Gənclər və İdman Nazirliyi və Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyidir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:19 / 11.08.2022
Azərbaycan və Rusiya gənclərinin FORUMU KEÇİRİLƏCƏK
Hazırda oxunan: Azərbaycan və Rusiya gənclərinin FORUMU KEÇİRİLƏCƏK
Hazırda oxunan: Azərbaycan və Rusiya gənclərinin FORUMU KEÇİRİLƏCƏK
88155
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.