Erməni uşaqlar məktəbə Atatürkün portreti olan bel çantaları ilə gedəcək - FOTO

Erməni uşaqlar məktəbə Atatürkün portreti olan bel çantaları ilə gedəcək - FOTO

Hazırda oxunan: Erməni uşaqlar məktəbə Atatürkün portreti olan bel çantaları ilə gedəcək - FOTO

88056

İrəvandakı Urartu ticarət mərkəzində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün portreti və imzası olan bel çantaları satılır. 

Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentinin istifadəçiləri məlumat yayıb.

Paytaxtdakı başqa bir mağazada İrəvan sakinləri Atatürkün “Ne mutlu türküm diyene” (“Mən türkəm deyən nə xoşbəxdir”) sözləri yazılmış məktəb çantasına diqqət yetiriblər.

Ermənilərin bəzi istifadəçiləri mağazaların piştaxtalarında türk məhsullarının, xüsusən də türk rəmzlərinin olmasından hiddətlənirlər. Digərləri isə təəccüblənməməyi təklif edir, çünki Türkiyə istehsalı olan əşyalar Ermənistanda uzun müddətdir satılır.
İstifadəçilərdən biri hətta “hamı türk paltarı geyinir” demişdi və qeyd etmişdi ki, onun ilk futbol forması “Beşiktaş” klubuna məxsus olub, arxasında da “Ahmet Dursun” yazılıb.

Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO