“Aztelekom” MMC müasir dövrün texnoloji üstünlüklərinə əlçatanlığı təmin etmək məqsədilə GPON texnologiyasının tətbiqi istiqamətində telekommunikasiya xidmətlərinin tarifində dəyişiklik edib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, istehlakçıların yüksək internet sürətinə artan tələbatı və texnoloji tələblər nəzərə alınaraq “Aztelekom” MMC 4 mbit/s və 10 mbit/s tariflərini ləğv edərək abunəçilərin daha sürətli internetə keçidini təmin edir.
Məlumata görə, bu məqsədlə GPON (Gigabit Passive Optical Network) 4 mbit/s və 10 mbit/s tariflərinin istifadəçiləri 6 avqust 2022-ci il tarixindən müvafiq olaraq 15 mbit/s və 30 mbit/s tarif paketinə köçürülür. Bu dəyişikliklə aşağı sürət tarifləri ləğv edilərək daha yüksək sürətə keçid təmin olunur ki, bu da qısa yükləmə müddətinə, həmçinin yüksək internet sürəti tələb edən onlayn xidmətlərdən və platformalardan yararlanmağa imkan verir.
Qiymət dəyişikliyinə gəlincə, xidmət istifadəçiləri 3-4 qat sürət tariflərinə keçirilir və köhnə tariflərlə müqayisədə hər mbit/s sürət üçün 2 dəfə az (60% daha az) ödəniş edirlər.
Belə ki, əvvəl 4 mbit/s internet tarifinin aylıq abunə haqqı 12,5 AZN təşkil edirdisə, dəyişiklikdən sonra 15 mbit/s internet tarifinin aylıq ödənişi 15 AZN-dir. Digər 10 mbit/s internet tarifinin də aylıq abunə haqqı 15,5 AZN təşkil edirdisə, sözügedən tarif dəyişikliyi ilə 30 mbit/s internet paketinin aylıq abunə haqqı 18 AZN-dir.
Qeyd edək ki, genişzolaqlı GPON internet xidməti fiber-optik xətləri üzərindən təmin edilir. Bu texnologiya 100 mbit/s-ə qədər qoşulma sürəti, kəsintisiz rabitə və telefon xətlərindən asılılığın olmaması kimi üstünlüklərə malikdir.
Abunəçilərin diqqətinə bir daha çatdırırıq ki, 06.07.2022-ci il tarixində www.aztelekom.az saytı və qurumun sosial şəbəkələrdəki hesabları üzərindən sözügedən tarif dəyişikliyi ilə bağlı məlumat təqdim olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:25 / 10.08.2022
Telekommunikasiya xidmətlərinin tarifində dəyişiklik edildi
Hazırda oxunan: Telekommunikasiya xidmətlərinin tarifində dəyişiklik edildi
Hazırda oxunan: Telekommunikasiya xidmətlərinin tarifində dəyişiklik edildi
87917
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.