Güləşçimiz Mariya Stadnik Olimpiadanın FİNALINDA – YENİLƏNİB - VİDEO

Güləşçimiz Mariya Stadnik Olimpiadanın FİNALINDA – YENİLƏNİB - VİDEO

Hazırda oxunan: Güləşçimiz Mariya Stadnik Olimpiadanın FİNALINDA – YENİLƏNİB - VİDEO

87869

Qadın güləşçimiz Mariya Stadnik (50 kq) V İslam Həmrəyliyi Oyunlarının finalına yüksəlib.

Bizim.Media xəbər verir ki, Konya Texniki Universitetinin idman salonunda təşkil olunan yarışda güləşçimiz yarımfinalda tunisli Sarra Hamdi ilə qarşılaşıb. Rəqibini 39 saniyəyə 10:0 hesabı ilə məğlub edən M.Stadnik finala yüksəlib.

M.Stadnik “Bakı-2017” dördüncü İslam Həmrəyliyi Oyunlarının qalibidir.

Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edib.

*** 13:28


Qadın güləşçimiz Mariya Stadnik (50 kq) V İslam Həmrəyliyi Oyunlarında ilk qələbəsini qazanıb. 

Bizim.Media xəbər verir ki, Konya Texniki Universitetinin idman salonunda təşkil olunan yarışda güləşçimiz qazaxıstanlı Svetlana Ankiçevanı 33 saniyəyə məğlub edib – 10:0. 

M.Stadnik “Bakı-2017” dördüncü İslam Həmrəyliyi Oyunlarının qalibidir. 

Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu.
İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO