BƏƏ İsrailə ilk ticari uçuşunu həyata keçirdi

BƏƏ İsrailə ilk ticari uçuşunu həyata keçirdi

Hazırda oxunan: BƏƏ İsrailə ilk ticari uçuşunu həyata keçirdi

878

Bizim.Media Anadolu Agentliyinə istinadən məlumat verir ki, münasibətlərin normallaşması barədə müqavilənin imzalanmasından sonra Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) İsrailə ilk ticari uçuş həyata keçirilib.

Bəhreyndən İsrail istiqamətində həyata keçirilən uçuşda 58 sərnişin daşınıb. İsraildə təyyarəyə xüsusi qarşılama mərasimi həyata keçirilib.

Qeyd edək ki, oktyabrın 20-də İsrail və BƏƏ-nin “Tel-Əviv-Əbu-Dabi” və “Tel-Əviv-Dubay” arasında həftə ərzində 28 ticari uçuşun həyata keçirilməsinə dair müqavilə imzalanacaq.

Xatırladaq ki, sentyabrın 15-də Ağ Evdə təşkil edilən mərasimdə iki ölkə arasında münasibətlərin normallaşdırılmasına dair razılaşma əldə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO