"Tazəbəy hamamı"nın fasadına müdaxilənin qarşısı alındı - FOTO

Hazırda oxunan: "Tazəbəy hamamı"nın fasadına müdaxilənin qarşısı alındı - FOTO

87759

"Tazəbəy hamamı"nın fasadına qanunsuz müdaxilə faktı araşdırılaraq qarşısı alınıb və fasada bərkidilən fiqurlar sökülüb.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Bizim.Media-ya bildirilib ki, Dövlət Xidmətinin müraciətinə və qanunvericiliyin abidəyə kənar müdaxilənin yolverilməzliyinə dair tələblərinə xüsusi mülkiyyətçisi tərəfindən anlayış nümayiş edilib.

Xüsusi mülkiyyətçinin etirazı olmadan fiqurların sökülməsi təmin edilib.

"Əminik ki, bu hal digər abidə mülkiyyətçilərinə də nümunə olacaq. Fiqurların fasada bərkidilməsi abidənin ümumi durumuna təhlükə yaratmasa da, qanunla ilkin görünüşünə, eksteryerinə xələl gətirirdi", - məlumatda vurğulanıb.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO