Artıq yay fəslinin üçdə ikisi başa çatmaq üzrədir. Lakin bu müddət ərzində Azərbaycanda, xüsusən də Abşeron yarımadasında havanın temperaturu əvvəlki illərlə müqayisədə bir qədər mülayim keçib. Yəni əvvəlki illərin qızmar istisi bu il hələlik elə də müşahidə edilmir.
Bizim.Media-ya açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova yayda havaların müəyyən qədər mülayim keçməsinin səbəbini şimaldan gələn soyuq hava kütləsi ilə əlaqələndirib:
MÖVZU İLƏ BAĞLI:
Sabah hava necə olacaq? - PROQNOZ
“Bu yay əvvəlki illərlə müqayisədə havanın temperaturu həqiqətən də iqlim normasından bir qədər aşağı olub. Bunun da səbəbi şimaldan hərəkət edən soyuq hava cərəyanlarının yay mövsümü ərzində tez-tez ölkə ərazisinə daxil olması ilə bağlıdır.
Onun nəticəsidir ki, bu ilin yayı hələlik o qədər də qızmar keçmir. Amma növbəti günlərdə havanın temperaturunun qalxacağı proqnozlaşdırılır. Yağıntıalr kəsəcək. Avqustun 10-14-nə kimi temperatur yay fəslinin keçən dövrünə nisbətən tədricən yüksələcək”.
Rüfət Sultan, Bizim.Media