Babadağda həlak olan şəxsin axtarışlarına polis və dronlar cəlb edildi - VİDEO 

Babadağda həlak olan şəxsin axtarışlarına polis və dronlar cəlb edildi - VİDEO 

Hazırda oxunan: Babadağda həlak olan şəxsin axtarışlarına polis və dronlar cəlb edildi - VİDEO 

87714

Avqustun 6-da İsmayıllı rayonu ərazisində Babadağ dağında həlak olduğu bildirilən Məmmədov Mübariz Əliağa oğlunun axtarışları davam etdirilir. 

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, hazırda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal-qərb Regional Mərkəzinin axtarış-xilasetmə qrupları təlim görmüş itlərdən, xüsusi alpinist avadanlıq və ləvazimatlarından istifadə etməklə dumanlı və çiskinli hava şəraitində sıldırımlı qayalarda və səthi buz bağlamış yarğanlarda axtarışlar aparırlar.
Çətin keçilən yerlərdə axtarış-xilasetmə işlərində drondan da istifadə olunur. 

Axtarışa Daxili İşlər Nazirliyinin əməkdaşları da cəlb olunub. 

Əlavə məlumat veriləcəkdir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO