Xınalığa gələn turistlərin sayında ARTIM - FOTO

Xınalığa gələn turistlərin sayında ARTIM - FOTO

Hazırda oxunan: Xınalığa gələn turistlərin sayında ARTIM - FOTO

87699

Qubanın unikal dağ kəndi Xınalıq şimal bölgəsində yerli və xarici turistlərin ən çox ziyarət etdiyi yaşayış məntəqələrindəndir.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, dəniz səviyyəsindən 2300 metr hündürlükdə yerləşən və dünyada yeganə - Xınalıq dili olan yaşayış məntəqəsinə hər il yüzlərlə turist gəlir.

Xınalıq Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun direktoru Həsən Ağayev pandemiya dövründə turistlərin sayının çox az olduğunu deyərək keçən ilin 6 ayında Xınalığa 1500, bu ilin 6 ayında 5500 turistin gəldigini açıqlayıb.

Quba İH başçısının Xınalıq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Nəsimi Məmmədov isə pandemiyadan əvvəl il ərzində 12000 yerli və əcnəbi turistin Xınalığa baş çəkdiyini açıqlayıb. Bildirib ki, bu ilki rəqəm il sonundan sonra məlum olacaq.  

Onun sözlərinə görə, statistika bu il xarici turistlərin sayının əvvəlki illərlə müqayisədə çox azaldığını göstərir.

Xınalığa gələn yerli və xarici turistlər yerli sakinlərin qədim həyat və yaşayış tərzi, adət-ənənələri ilə maraqlanır, kənddəki muzey fonduna, etnoqrafiya muzeyinə, tarixi yer və binalara baş çəkirlər. Kəndin səfalı havası da turistləri bura cəlb edən əsas məqamlardandır.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO