Mənzurə ayağı amputasiya olunan mərhum atasından danışıb AĞLADI – VİDEO  

Mənzurə ayağı amputasiya olunan mərhum atasından danışıb AĞLADI – VİDEO  

Hazırda oxunan: Mənzurə ayağı amputasiya olunan mərhum atasından danışıb AĞLADI – VİDEO  

87696

“Allah mənə belə qismət yazıb. Boşandıqdan sonra yenə ailə qurmaq üçün çalışdım. Həyat yoldaşımdan ayrıldıqdan sonra, evlilik təklifləri çox almışam. Mənə elə gəlir ki, Allah icazə vermədi ki, yenidən ailə qurum”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Mənzurə Musayeva qonaq olduğu “1 dəqiqə” gecə şousunda deyib. 

Xəstə atasından söz açan sənətçi, ayağı amputasiya olunsa da, bunun fərqində olmadığını və ayağa qalxıb gəzmək istədiyi zaman yıxıldığını açıqlayıb. 

“Atam şəkər xəstəsi idi. Barmağı qaralmışdı. İnanmazdıq ki, onun ayağını kəsərlər. Əvvəl barmağını sonra isə ayağını diz nahiyyəsindən kəsdilər.
O anları yenidən yada salmaq belə istəmirəm (ağlayır). Atam sanki altı ay o dünyadan danışdı. Elə düşünürdü ki, ayağı üstündədir. Ayağa qalxıb, gəzmək istəyirdi, amma qalxanda yıxıldı”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO