Medvedev Zelenskini Hitlerlə müqayisə etdi

Medvedev Zelenskini Hitlerlə müqayisə etdi

Hazırda oxunan: Medvedev Zelenskini Hitlerlə müqayisə etdi

87667

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna prezidenti Volodimir Zelenski ilə Adolf Hitleri müqayisə edib. 

Bizim.Media xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.

"Ukraynanın əsas təlxəyi (Zelenski nəzərdə tutulur) bütün Rusiya əhalisinin məsuliyyətə cəlb edilməsini təklif etdi. Sonuncu dəfə Adolf Hitler bütöv bir xalqa bağlı belə fikirləri həyata keçirməyə çalışmışdı. Ukrayna hakimiyyətinin mahiyyəti ilə bağlı başqa suallarınız varmı?”, deyə o yazıb.

Bundan əvvəl Zelenski Qərbə səslənərək deyib ki, rusiyalıların Avropaya girişinə qadağa qoyulmalıdır. Onun fikrincə, ruslar “fəlsəfələrini dəyişənədək öz aləmlərində yaşamalıdırlar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO