Aynişanın başına iş gəldi: “Fikirləşib ki, bu qız dəlidir” - FOTO 

Aynişanın başına iş gəldi: “Fikirləşib ki, bu qız dəlidir” - FOTO 

Hazırda oxunan: Aynişanın başına iş gəldi: “Fikirləşib ki, bu qız dəlidir” - FOTO 

87660

Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyevanın başına iş gəlib. 

Bizim.Media xəbər verir ki, bir neçə gündür taksidən istifadə etdiyini söyləyən Aynişan ödənişi həm nağd, həm də kartla ödədiyi haqda sosial şəbəkə hesabında post paylaşıb.

Sənətkarın qızı bundan məlumatsız olduğunu dilə gətirib.

“Bu gün bir şey bilmişəm, neçə gündür nağd ödəniş edirəm, səhər çağırdığım taksi dedi ki, xanım ödəniş kartladı, niyə nağd verirsiz? Dedim, mən nağd ödəyirəm. Taksidən düşən kimi karta baxdım.
Sən demə, neçə gündür həm kartla, həm də nağd ödəniş edirmişəm. Sürücülər də səs çıxarmırmış. Bəzən çox diqqətsiz oluram. Bu, mənim səhvimdi. Bir də taksi sürücüləri hər ödənişdən sonra “Allah razı olsun” deyirdi.

Öz-özümə düşünürdüm ki, 2-3 manat artıq ödəniş etdiyim üçün, bu qədər dua edirlər. Onlar da yəqin fikirləşib ki, bu qız dəlidir. Ya kartla ödə, ya da birdəfəlik nağd et, bir qərara gəl”. 

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO