Bakıda DƏHŞƏT – Narkoman valideynlər 2 yaşlı körpənin əlini YANDIRDI

Bakıda DƏHŞƏT – Narkoman valideynlər 2 yaşlı körpənin əlini YANDIRDI

Hazırda oxunan: Bakıda DƏHŞƏT – Narkoman valideynlər 2 yaşlı körpənin əlini YANDIRDI

87643

Ailəsi tərəfindən baxımsızlığa və zorakılığa məruz qalmış 2 yaşlı körpə Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilib. 

Bu barədə Bizim.Media-ya sığınacağın rəhbəri Kəmalə Ağazadə bildirib.

Onun sözlərinə görə Nərimanov Rayon Polis Şöbəsinin əməkdaşları küçədə 2 yaşlı uşağa nənəsi tərəfindən aqressiv və zorakı davranışı görüb bu vəziyyətə müdaxilə ediblər:

“Polis əməkdaşları tərəfindən gecə 2 yaş 2 aylıq Qəmər sığınacağımıza yerləşdirildi. İlkin məlumata görə hər iki valideyni narkotik istifadəçiləridir. Nənə içki düçkünü və psixi problemlidir.
Uşaq sığınacağa yerləşdiriləndə nənəsi səs-küy salıb, davranışları adekvat olmayıb. Bu gün uşağa müayinələr təyin olunacaq və körpə güvəndədir. Daha sonra Sosial Xidmətlər agentliyinə və Nərimanov Rayon İcra Hakimiyyətinin müvafiq şöbəsinə müraciət olunacaq.

İcra Hakimiyyətinin Qəyyumluq Şöbəsi zəhmət çəkib ailəni qiymətləndirsinlər. Ümumiyyətlə uşağın bu duruma düşməsini araşdırsınlar və uşaq barədə qərar versinlər”. 
Kəmalə Ağazadənin sözlərinə görə körpənin əlində yanıq izləri var:

“Səbəbini bilmirik. Zatən bilsək də bizə əsl səbəbi deyən deyillər. Bu diqqətsizlik və baxımsızlıq da ola bilər. Istənilən halda valideynin məsuliyyətsizliyidir”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO