Rusiya SSRİ-nin timsalında yeni dövlətlər birliyi yaratmaq istəyir

Rusiya SSRİ-nin timsalında yeni dövlətlər birliyi yaratmaq istəyir

Hazırda oxunan: Rusiya SSRİ-nin timsalında yeni dövlətlər birliyi yaratmaq istəyir

87641

Rusiya Dövlət Dumasının deputatı Mixail Şeremet SSRİ0nin timsalında suveren dövlətlərin könüllü birliyinin yaradılmasını təklif edib. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb.
Siyasətçinin fikrincə, belə birlik Qərbdən gələn ekspansiyaya müqavimət göstərə biləcək.

“SSRİ-nin mövcudluğu NATO-nun bütün dünyanı əsarət altına almaq və müstəmləkə etmək istəyindən çəkindirdi.

Bu baxımdan indi dövrdə suveren dövlətlərin vahid hərbi-siyasi və iqtisadi blokda könüllü birləşməsini məqsədəuyğun hesab edirəm. Nəticədə yaranacaq yeni konfederasiya böyük və qüdrətli SSRİ-nin prototipinə çevrilə bilər”, - deyə Şeremet qeyd edib.
Deputat vurğulayıb ki, ABŞ SSRİ-nin dağılmasından sonra postsovet məkanında müstəqil dövlətlərin işlərinə qarışıb, rəngli inqilablar və dövlət çevrilişləri təşkil edib, tədricən Rusiya sərhədlərinə yaxınlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO