Türkiyə və Azərbaycan ortaq hərbi təlim keçirəcək

Türkiyə və Azərbaycan ortaq hərbi təlim keçirəcək

Hazırda oxunan: Türkiyə və Azərbaycan ortaq hərbi təlim keçirəcək

8759

Bizim.Media “Sputnik Türkiyə”-yə istinadən məlumat verir ki, Türk Silahlı Qüvvələrinin son dövrlərin ən geniş qış hərbi təlimi 1-12 fevral tarixlərində Qarsda keçiriləcək.

Azərbaycan Silahlı Qüvvələrinin də iştirak edəcəyi təlimdə tank birlikləri, artilleriya batareyaları, snayperlər, Xüsusi Təyinatlı Qüvvələrin heyəti, komando və helikopterlər iştirak edəcək.

Təlim birgə əməliyyatların həyata keçirilməsində əməkdaşlıq və koordinasiyanı təmin etmək, inventarda olan müdafiə sənayesi şirkətləri tərəfindən hazırlanan döyüş silahları və nəqliyyat vasitələrinin döyüş göstəriciləri sınaqdan keçirilməsi məqsədi daşıyır. 

Bundan əlavə qış şərtlərində, qarda və şiddətli soyuqda atəş açmaq, qış şəraitində əməliyyat səviyyəsinin yüksəldilməsi, ərazidə yerləşmək, qoşunların tədarükü və qış şəraitində komandanlıq idarəetmə sistemlərinin işini təmin etmək də daxil olmaqla qoşunların döyüş qabiliyyətlərini sınaqdan keçirilməsi təlimin digər məqsədlərindəndir.

Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin daxil olacağı operativ səviyyəli təlimin son dövrdə ən böyük təlimlərdən biri olduğu bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO