Aşura Günündə 2 minə yaxın şəxs qan verdi - FOTO

Aşura Günündə 2 minə yaxın şəxs qan verdi - FOTO

Hazırda oxunan: Aşura Günündə 2 minə yaxın şəxs qan verdi - FOTO

87589

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Mərkəzi Qan Bankı tərəfindən avqustun 8-də - Aşura Günündə Bakı şəhərində yerləşən 6 məsciddə və Qan bankının 8 bölgədəki bölmələrində qanvermə aksiyaları keçirilib.

Bizim.Media TƏBİB-ə istinadən xəbər verir ki, saat 08:00-dan 18:00-a qədər davam edən aksiyada 1 893 nəfər qan verib.

Bakı şəhəri üzrə bu rəqəm 1 295 olub.

Qan bankının Gəncə, Şəki, Mingəçevir, Bərdə, Şirvan, Sumqayıt, Quba və Lənkəran bölmələrində isə ümumilikdə 598 nəfər qan verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO