"Broker” Əbülfəzə neçə il həbs cəzası verilə bilər? – Hüquqşünas AÇIQLADI

Hazırda oxunan: "Broker” Əbülfəzə neçə il həbs cəzası verilə bilər? – Hüquqşünas AÇIQLADI

87546

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan "Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun hansı maddələr üzrə ittiham olunduğu məlum olub.

Mətbuatın yazdığına görə, şirkət rəhbəri Cinayət Məcəlləsinin 209.3 (gömrük ödənişlərinin ödənilməsindən yayınma, xüsusilə külli miqdarda törətdikdə), 213.3 (vergiləri ödəməkdən yayınma – xüsusilə külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət əməli törətməkdə şübhəli bilinir.

Görəsən, bu maddələr üzrə Əbülfəz Məlikova neçə il həbs cəzası verilə bilər?
 

MÖVZU İLƏ BAĞLI:

DTX-nin həbs etdiyi “Broker Əbülfəz” kimdir?


Bununla bağlı Bizim.Media-ya açıqlama verən hüquqşünas Ələsgər Məmmədlinin fikrincə, cinayət əməli təsdiqini taparsa “Broker” MMC rəhbəri ən azı növbəti 10 ilini dəmir barmaqlıqlar arasında keçirməli olacaq:

“Bundan öncə həbs olunan Vilyam Hacıyev və digər icra başçıları da təxminən eyni maddə üzrə mühakimə olunublar.

Bu hal onu göstərir ki, cinayət əməli sübut olunsa Əbülfəz Məlikovu da kifayət qədər uzun müddətlik həbs gözləyir.

Lakin hələlik prokurorun nə istəyəcyi də bəlli deyil. Amma mahiyyət etibarı ilə ona qarşı açılan bu üç maddənin hər biri külli miqdarda olduğundan onu ciddi, ən azı 10 illik müddətə cəza gözləyəcəyini deyə bilərik”.

Rüfət Soltan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO