“Sabah “Qarabağ” qalib gələcək” - Futbol şərhçisindən konkret hesab PROQNOZU 

“Sabah “Qarabağ” qalib gələcək” - Futbol şərhçisindən konkret hesab PROQNOZU 

Hazırda oxunan: “Sabah “Qarabağ” qalib gələcək” - Futbol şərhçisindən konkret hesab PROQNOZU 

87527

“Sabah keçiriləcək oyunda Qarabağın şanslarını yüksək dəyərləndirirəm. Hesab edirəm ki, Riçard Almeyda və Maksim Medvedevin qayıdışı Qarabağa xeyli fayda verəcək. “Frenstvaroş” kifayət qədər güclü və formalaşmış komandadır. Onunla keçirəcəyi son qarşılaşma bu baxımdan Qarabağ üçün xeyli çətin olacaq. Amma bizim dişimizə uyğun komandadır və mən hesab edirəm ki, Qrabağ sabah keçirəcəyi oyundan qələbə ilə geri dönəcək”.

Bizim.Media-ya bu fikirləri futbol şərhçisi Şəmsəddin Abbasov səsləndirib. Futbol eksperti onu da əlavə edib ki, “Qarabağ” FK sabah meydana tarixi ərzində mövcud olan ən güclü heyyətlə çıxacaq:
 

MÖVZU İLƏ BAĞLI:

Sabah "Qarabağ" - "Ferentsvaroş" oyunu keçiriləcək - FOTO 


“Bu qələbə “Qarabağ”a Çempionlar liqasının qrup mərhələsinə çıxmağa təkan verəcək . Yalnız hakim haqsızlığı və bəxt amili “Qarabağ”ın sabahkı qələbəsinə mane ola bilər . Mənə elə gəlir ki, komandamız 2:1 hesabı ilə qalib gələrək mərhələni adlayacaq”.

“Ferensvaroş”un hücuma meyilli oyun sərgiləcəyini söyləyən ekspert doğma divarların Macarıstan çempionunun məsuliyyətini birə-beş artıracağı fikrindədir: 

“Doğma meydanda oynamaları onların lehinə yox, əleyhinə də işləyə bilər. Çünki onların izləyiciləri çox aqressivdirlər və komandadan ancaq qələbə tələb edəcəklər. Bu təzyiqdən dolayı onlar daha çox hücuma atılacaq və geridə, yəni müdafiədə otuara bilməyəcəklər. Belə olan halda “Qarababağ”ın əks hücum imkanları onun qələbəsinə daha çox təkan verəcək”.

Qalib gəldiyi təqdirdə Qarabağın qarşılaşacağı digər rəqibləri isə ekspert ümumi göstəricilərinə görə zəif olaraq dəyərləndirib.
O əlavə edib ki, “Ferestvaroşu” udduğu təqdirdə, artıq “Qarabağ” üçün Çempionlar liqasına gedən yolda əsas maneə aradan qalxacaq:

“Hər iki komanda Qarabağa tanışdır və çempionumuz bu mərhələdə onları keçmək gücündədir. Futbolçuların ustalığı və oyun quruculuğu kimi məsələlərə görə nə “Ferentsvaroş”, nə “Şerif”, nə də “Viktoriya” “Qarabağ”dan üstün deyil”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO