Bakı-Ələt yolundakı qəzada yaralanan 5 nəfərin vəziyyəti necədir? - AÇIQLAMA

Bakı-Ələt yolundakı qəzada yaralanan 5 nəfərin vəziyyəti necədir? - AÇIQLAMA

Hazırda oxunan: Bakı-Ələt yolundakı qəzada yaralanan 5 nəfərin vəziyyəti necədir? - AÇIQLAMA

87487

Bu gün səhər saatlarında Bakı-Ələt yolunda avtomobil qəzası baş verib.

Kliniki Tibbi Mərkəzdən Bizim.Media-ya verilən məlumata görə, hadisə nəticəsində yaralanan beş nəfər mərkəzə gətirilib.

Xəsarət alan şəxslərdən birinin - 1988-ci il təvəllüdlü şəxsin vəziyyəti nisbətən ağır olduğu üçün Mərkəzin Üz-çənə cərrahiyyəsi şöbəsinə yerləşdirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

TƏBİB-dən Bakı-Ələt-Qazax magistralında yaralanan şəxslə bağlı AÇIQLAMA


Digər yaralılar - 1997 və 1990-cı il təvəllüdlü şəxslərdə gicgah nahiyəsinin travması, 1978-ci il təvəllüdlü şəxsdə burun sümüyünün sınığı və 1988-ci il təvəllüdlü şəxsdə ayaq-daraq sümüyünün sınığı aşkarlanıb, hər birinə müvafiq tibbi yardımlar göstərilib.

Artıq yaralanan beş nəfərdən dördü ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO