“Paşinyan hakimiyyətinin artıq hərəkətə keçmək, hər hansı addım atmaq imkanı yoxdur”.
Bizim.Media xəbər verir ki, bu barədə “Mənim şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.
“Artıq bir həftədir ki, mən Qarabağda baş verən eskalasiyanın motivlərini ətraflı öyrənirəm. Bu, həm siyasi, həm hərbi, həm də regional baxımdan diqqətlə hesablanmış əməliyyat idi.
MÖVZU İLƏ BAĞLI:
Paşinyanın sülhməramlılarla bağlı fikirlərinə Lavrovdan CAVAB
Rəsmi Bakının bu mərhələdə əvvəlcədən müəyyən edilmiş siyasi tələbləri İrəvan tərəfindən təcili olaraq həyata keçirildi və hərbi cəhətdən Azərbaycan qoşunları Qarabağda yenidən irəlilədi, dairəni azaltdı və təzyiqləri artırdı.
Ermənistanın hərəkətə keçmək üçün pəncərəsi isə yalnız hakimiyyət dəyişikliyi zamanı açıla bilər, əks halda Azərbaycan İrəvana doğru irəliləmək üçün hüquqi əsaslar hazırlayır. Və nəticədə rəsmi Bakı vəziyyətin imkan verdiyi qədər irəli gedəcək”, - deyə Abramyan qeyd edib.
Bizim.Media