\

\"Sabah\" \"Sumqayıt\"a böyük hesabla qalib gəldi

Hazırda oxunan: \"Sabah\" \"Sumqayıt\"a böyük hesabla qalib gəldi

87414

Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun daha bir oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, "Sabah" klubu evdə "Sumqayıt"ı sınağa çəkib. "Bank Respublika Arena"kı qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qolları 27-ci dəqiqədə Anatoli Nuriyev, 53-cü dəqiqədə Coy-Lens Mikels və əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə Kristian Sebalyos vurublar.

Bu qələbədən sonra "Sabah" 3 xalla liderliyə yüksəlib. "Qarabağ", "Zirə" və "Neftçi" də eyni xala malikdir. Xalı olmayan "Sumqayıt" isə sonuncudur.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" səfərdə "Kəpəz"i 2:1, "Qarabağ" evdə "Səbail"i 3:1, "Neftçi" isə "Şamaxı"da eyniadlı komandanı 1:0 hesabı ilə məğlub edib. Tura avqustun 8-də keçiriləcək "Turan Tovuz" - "Qəbələ" matçı ilə yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO