Şahmat Olimpiadası: Azərbaycanın kişi yığması Hindistanla heç-heçə etdi

Şahmat Olimpiadası: Azərbaycanın kişi yığması Hindistanla heç-heçə etdi

Hazırda oxunan: Şahmat Olimpiadası: Azərbaycanın kişi yığması Hindistanla heç-heçə etdi

87404

Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın kişilərdən ibarət milli komandası növbəti görüşünü keçirib.

Bizim.Media xəbər verir ki, IX turda Hindistanın 2-ci yığması ilə qarşılaşan kollektiv sülhə razılaşıb.

Şəhriyar Məmmədyarov və Rauf Məmmədov öz oyunlarını heç-heçə ilə başa vurub. Nicat Abbasov rəqibinə qalib gəlsə də, Vasif Durarbəylinin məğlubiyyəti komandanın qələbə qazanmasına mane olub.
Ümumdünya Şahmat Olimpiadası

IX tur

Kişilər

Hindistan-2 - Azərbaycan - 2:2

Qukeş Dommaracu - Şəhriyar Məmmədyarov - 0,5:0,5

Nixal Sarin - Rauf Məmmədov - 0,5:0,5

Rameşbabu Praqqnanandha - Vasif Durarbəyli - 1:0

Raunak Sadvani - Nicat Abbasov - 0:1

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO