Emindən Alyonaya:

Emindən Alyonaya: "Doğum günün mübarək, məhəbbətim" - FOTO

Hazırda oxunan: Emindən Alyonaya: "Doğum günün mübarək, məhəbbətim" - FOTO

87384

Xalq artisti Emin Ağalarov həyat yoldaşı Alyona Qavrilova ilə bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, sənətçi qucağında qızı və həyat yoldaşı Alyona Qavrilova ilə çəkdirdiyi fotosunu yayımlayaraq onu doğum günü münasibəti ilə təbrik edib.

Emin paylaşımına "Doğum günün mübarək, mənim məhəbbətim" sözlərini əlavə edib.

Qeyd edək ki, cütlük 2016-cı ildə görüşməyə başlayıb və onların toyu iki il sonra baş tutub. 

Tezliklə Emin və Alyonanın ailəsində Afina adlı qız dünyaya gəlib. 2020-ci ilin yazında Emin Ağalarov sosial şəbəkələrdə Qavrilova ilə yollarını ayırdığını elan edib. Daha sonra Emin müsahibələrin birində Alyona ilə barışdığını və onunla yenidən bir arada olduğunu açıqlayıb.

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO