Vətən müharibəsi qazisinə sinir nəqli: Barmaqlarının funksiyası bərpa OLUNDU

Vətən müharibəsi qazisinə sinir nəqli: Barmaqlarının funksiyası bərpa OLUNDU

Hazırda oxunan: Vətən müharibəsi qazisinə sinir nəqli: Barmaqlarının funksiyası bərpa OLUNDU

87286

Vətən müharibəsi qazisi Hüseynov İbrahimə sinir nəqli edilib.

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, əməliyyat institutun direktoru Elviz Qasımovun rəhbərliyi ilə əməliyyat travmatoloq-cərrah Tofiq Abdullayev tərəfindən icra edilib.

“Ağdərə istiqamətində gedən döyüş zamanı Hüseynov İbrahim aldığı qəlpə yarası nəticəsində sol topuq nahiyəsində sinir zədələnməsi baş vermişdir. ETTOİ-nin həkim müayinəsi nəticəsində sol tibial sinirin köhnə zədələnməsi, sinir deffekti, nevrinoma diaqnozu qoyulmuşdur.
Bunun nəticəsində sol ayaqda şiddətli ağrılar, hissiyyatın itməsi və barmaqlarda hərəkətsizlik yaranmışdır. Sağ ayaqdan alınan sinir götürülərək, sol ayağa transplantasiya edilmişdir.

7 saata yaxın davam edən əməliyyatın ilk nəticəsi barmaqlarda hərəkət funksiyası bərpa olunmuşdur. Bundan sonrakı bərpa həkim nəzarətində davam etdiriləcək”, - institutundan bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO