Baş nazirdən müharibə veteranları ilə bağlı QƏRAR

Baş nazirdən müharibə veteranları ilə bağlı QƏRAR

Hazırda oxunan: Baş nazirdən müharibə veteranları ilə bağlı QƏRAR

87195

“Müharibə veteranlarının reyestrinin aparılması Qaydası” təsdiqlənib.

Bizim.Media xəbər verir ki, müvafiq qərarı Baş nazir Əli Əsədov oimzalayıb.

Qərara əsasən, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunun tətbiqi haqqında” Azərbaycan Prezidentinin 2021-ci il 17 iyun tarixli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə “Müharibə veteranlarının reyestrinin aparılması Qaydası” təsdiq edilib.

Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə (Yuxarı dövlət orqanı, digər aidiyyəti dövlət orqanları və dövlətin hüquqi şəxsləri ilə razılaşdırmaqla qəbul (təsdiq) olunan normativ hüquqi aktda dəyişiklik yalnız həmin dövlət orqanları və dövlətin hüquqi şəxsləri ilə razılaşdırıldıqdan sonra edilə bilər. Belə normativ hüquqi aktda ona dəyişiklik edilməsi qaydası göstərilməlidir) uyğun edilə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO