Hirkan Milli parkındakı yanğın qismən söndürülüb - VİDEO

Hirkan Milli parkındakı yanğın qismən söndürülüb - VİDEO

Hazırda oxunan: Hirkan Milli parkındakı yanğın qismən söndürülüb - VİDEO

8718

Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğının bir istiqamətdə söndürülməsi Fövqəladə Hallar Nazirliyi tərəfindən təmin edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata görə, yanğının davam etdiyi digər istiqamətdə isə təxirəsalınmaz tədbirlər davam etdirilir. Yanğının söndürülməsinə relyef şəraitinin mürəkkəbliyi, habelə havanın küləkli olması mane olur.

 

MÖVZU İLƏ BAĞLI:

Hirkan qoruğundakı yanğına amfibiya təyyarəsi cəlb edildi

ETSN: "Yanğın yüksək dağlıq ərazidə olduğundan texnikanın cəlb edilməsində çətinliklər yaranıb"


Bununla belə, yanğının daha geniş əraziyə yayılması və Milli Parka daha böyük ziyan vurmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər davam etdirilir.

Qeyd edək ki, yanğınla mübarizəyə FHN Aviasiya dəstəsinin "BE-200ÇS" tipli amfibiya təyyarəsi, Cənub Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları cəlb olunub.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO