Diplomatlar Şuşada diaspor gəncləri ilə görüşdülər - FOTO

Diplomatlar Şuşada diaspor gəncləri ilə görüşdülər - FOTO

Hazırda oxunan: Diplomatlar Şuşada diaspor gəncləri ilə görüşdülər - FOTO

87146

Diaspor Gənclərinin Şuşada keçirilən III Yay Düşərgəsi proqramı çərçivəsində “Xalq diplomatiyasında və lobbi fəaliyyətinin qurulmasında diaspor gənclərinin rolu” mövzusunda panel iclası keçirilib. 

Bu barədə Bizim.Media-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyovun moderatorluğu ilə aparılan panel iclasında Azərbaycanın baş naziri, xarici işlər naziri və müxtəlif ölkələrdəki səfiri vəzifələrində çalışmış dövlət xadimi Həsən Həsənov, Azərbaycanın Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev, Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov və Xarici İşlər Nazirliyinin Beynəlxalq təhlükəsizlik idarəsinin rəisi Yalçın Rəfiyev çıxış ediblər.  

Xalq diplomatının malik ola biləcəyi cəhətlərə diqqəti cəlb edən məruzəçilər xaricdə yaşayan azərbaycanlı gənclərin siyasi və diplomatik biliklərə, Azərbaycan tarixi və xalqımızın milli-mənəvi dəyərləri barədə geniş məlumata malik olmasının vacibliyindən danışıblar.  

H.Həsənov bildirib ki, əgər siz yaşadığınız cəmiyyətlərdə Azərbaycanı təmsil etmək istəyirsinizsə, mütləq bu bilikləri mənimsəməlisiniz:  

“Həmin biliklərə yiyələnməyin bir yolu da belə layihələrin təşkil edilməsindən keçir”. 

V.Quliyev qeyd edib ki, artıq Azərbaycanın keyfiyyətcə yeni diasporu yaranır:  

“Bu baxımdan həm yaşadığınız ölkənin dilini, həm də ana dilini bilməyiniz vacibdir. Daha geniş əlaqələrə malik olduğunuz halda həm o cəmiyyətə, həm də Azərbaycana faydalı olacaqsınız”. 

F.İsmayılov diaspor gənclərini ünsiyyət bacarıqlarını artırmağa çağırıb. Y.Rəfiyev isə Azərbaycanın multikultural və tolerant ölkə olmasının diaspor təşkilatlarının ölkəmizi təbliğ etməsi üçün əlavə üstünlük olduğunu vurğulayıb.  
Panel iclası qarşılıqlı fikir mübadiləsinin aparılması ilə davam edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO