Adel Stallonedən 58 milyona aldığı villa üçün ipotekaya girdi - FOTO  

Adel Stallonedən 58 milyona aldığı villa üçün ipotekaya girdi - FOTO  

Hazırda oxunan: Adel Stallonedən 58 milyona aldığı villa üçün ipotekaya girdi - FOTO  

87045

Bu yaxınlarda Silvester Stallonedən 58 milyona ev alan Adelin ipotekaya girdiyi üzə çıxıb.  

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, dövrümüzün ən məşhur müğənnilərindən biri ev üçün cəmi 20 milyon ödəyib, qalan 38-i isə bankdan kredit istəyib.  

Ekspertlərin onun sərvətini 183 milyon dollar qiymətləndirməsinə baxmayaraq, Adelin ev üçün aylıq ödənişi əmlak vergisi ilə birlikdə 227 min dollardır. Bank otuz il müddətinə beş faiz dərəcəsi ilə krediti təsdiqləyib. Adel çox güman ki, erkən ödəməyə ümid edir.  
Müğənninin sahib olduğu yeni malikanəsində səkkiz yataq və on iki vanna otağı var. Ərazidə böyük hovuz, fəvvarə və idman, uşaqla oyunlar və ya əyləncələr üçün böyük qazon var. Villanın əsas xüsusiyyəti və dəbdəbəsi Hollivud təpələrinin mənzərəsidir.  

Rəşad Əliyev, Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO