Azərbaycanlılar İcevandan keçən yoldan da istifadə edəcək - İrəvanda ilk dəfə danışıldı

Azərbaycanlılar İcevandan keçən yoldan da istifadə edəcək - İrəvanda ilk dəfə danışıldı

Hazırda oxunan: Azərbaycanlılar İcevandan keçən yoldan da istifadə edəcək - İrəvanda ilk dəfə danışıldı

86985

“Azərbaycan növbəti dəfə qarşısında duran vəzifələri həll etdi. Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan açıq şəkildə bildirdi ki, Laçına alternativ yolun Ermənistana düşən hissəsinin tikintisi yaza qədər başa çatdırılacaq.

Nikol Paşinyan isə Milli Təhlükəsizlik Xidmətinə və Ermənistan polisinə göstəriş verdi ki, azərbaycanlıların Gorus-Qafan yolu ilə Naxçıvana getməsini təmin etsinlər. Bu yəqin gələcəkdə Meğridən (Zəngəzur dəhlizi) keçəcək yola da aiddir.
 

MÖVZU İLƏ BAĞLI:

Qazaxla sərhəddən keçən yolun 3 hissəsi Azərbaycana verilir – Ermənilər alternativ yollar çəkəcək 


İlk dəfə olaraq azərbaycanlılara İcevan və Noyemberyandan keçən yollardan istifadə də təklif edildi”.

Bizim.Media xəbər verir ki, bu fikirləri “Voskanapat” analitik mərkəzinin rəhbəri, politoloq Hrant Melik-Şahnazaryan yazıb.

“Əminəm ki, bu ssenari əvvəldən axıra qədər tərəflər arasında razılaşdırılıb. Sadəcə bunu elə həyata keçirmək lazımdır ki, nəticədə Nikolun tənqidi minimuma ensin. Heç kim ona “satqın” deməsin.
İndi rəsmi İrəvan növbəti məsələləri həll etməyə çalışır. Bir müddət sonra onlar haqqında mütləq eşidəcəyik. Baxmayaraq ki, artıq “Arsax”ın (Qarabağdakı qondarma rejim) tam tərksilahına dair eyhamlar var. Nikol da bu mövzunu çox yaxşı bilir”, deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO