Aparıcı Lalə məsxərəyə qoydu: “Reytinqim varsa, Aygünü neynirəm, Natavana 100 manat da vermərəm

Aparıcı Lalə məsxərəyə qoydu: “Reytinqim varsa, Aygünü neynirəm, Natavana 100 manat da vermərəm" - VİDEO

Hazırda oxunan: Aparıcı Lalə məsxərəyə qoydu: “Reytinqim varsa, Aygünü neynirəm, Natavana 100 manat da vermərəm" - VİDEO

86895

Aparıcı Lalə Əlimuxtarova Xalq artisti Aygün Kazımova ilə müğənni Natavan Həbibi haqqında qalmaqallı fikirlər səsləndirib. 

Bizim.Media xəbər verir ki, aparıcı qonaq olduğu “Nahara az qala” verilişində bildirib ki, Aygünü proqramına çağırsa da qarşı tərəf bu dəvəti rədd edib. 

“Layihə açılanda hamı istəyir ki, reytinqi yaxşı və baxılan olsun. Ona görə də, verilişə reytinqli ifaçılar dəvət edirlər. Faiq Ağayev, Röya Ayxan verilişimə çəkildi amma Aygün Kazımova “Çək verilişə baxım. Ondan sonra verilişə gəlməyimlə bağlı “hə”, “yox” deyərəm”.
Verilişi çəkirəmsə, reytinqim artıq varsa, nə edirəm səni? Bu söhbət 15 il əvvəl olub. Pis xüsusiyyətlərim var. Çox kinliyəm. Şir bürcüyəm. Mənə edilən haqsızlıqları unutmuram, 15 ildir də unutmamışam. Aygün xanımı efirə dəvət etmərəm”. 

Müğənni Natavanın yalnız qonorar müqabilində efirlərə çıxmasına da Lalə sərt şəkildə etirazını bildirib. 

“Bir dəfə verilişimə Natavan Həbibini dəvət etdim. Amma zamanı olmadığı üçün o da gəlmədi. Bu da çoxdan olub. Ondan sonra da Natavanı daha verilişimə təkrar çağırmadım.
Müğənnilərin minnətləri olsun ki, o boyda televiziyaya, verilişə qonaq gəlir. Mənim üçün heç bir fərqi yoxdur. Natavana nəyin ki 10 min manat, heç 100 manat da vermərəm. Bu tək Natavana aid deyil. Heç bir müğənniyə verilişimə qonaq gəlmək üçün pul vermərəm”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO