Kişi voleybolçularımız AVRO-2023-ə məğlubiyyətlə başladı

Kişi voleybolçularımız AVRO-2023-ə məğlubiyyətlə başladı

Hazırda oxunan: Kişi voleybolçularımız AVRO-2023-ə məğlubiyyətlə başladı

86851

Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının təsnifat mərhələsində mübarizəyə başlayıb.

Bizim.Media xəbər verir ki, Azərbaycan millisi ilk matçda Danimarka yığması ilə qarşılaşıb.

Bakıda Voleybol Mərkəzində təşkil olunan görüşə qonaqlar 25:22 hesabı ilə başlayıb. İkinci seti 25:23 hesabı ilə millimiz qalib gəlsə də, rəqib növbəti hissələrin 25:16, 25:16 və matçın qalib olub - 3:1.
Pərviz Səmədovun komandası növbəti matçında Türkiyə millisi ilə qarşılaşacaq. Görüş avqustun 6-da saat 18:00-da Bakıda, Voleybol Mərkəzində keçiriləcək.

Qeyd edək ki, ümumilikdə təsnifat oyunlarında 26 komanda 7 qrupa bölünüb. Oyunlar ev-səfər sistemi ilə keçirilir. Qrupun ən güclüləri və 5 ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak hüququ qazanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO