“Qarabağ” üçün bu gün çox çətin olacaq – Səbəbini ekspert AÇIQLADI

“Qarabağ” üçün bu gün çox çətin olacaq – Səbəbini ekspert AÇIQLADI

Hazırda oxunan: “Qarabağ” üçün bu gün çox çətin olacaq – Səbəbini ekspert AÇIQLADI

86818

“Ferençvaroş” “Qarabağ” üçün güclü rəqibdir. Ümumiyyətlə, Avropanın orta gücə malik klublarından biridir. Bu gün Tofiq Bəhramov adına stadionda baş tutacaq qarşılaşma “Qarabağ” üçün çox çətin bir oyun olacaq”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında “Qarabağ- Ferençvaroş” oyununun detallarını şərh edən idman jurnalisti Ceyhun Rzayev söyləyib.

Ekspertin fikrincə, bu gün keçirilən oyunun nəticələrinə görə Macarıstandakı revanş qarşılaşması haqqında fikir söyləmək daha asan olacaq:

“Lakin bu ilk qarşılaşma haqqında proqnoz vermək xeyli çətindir. Bu günkü oyunda komandaların bir-birini tanıması baxımından heç-heçə etmələri daha real görünür.
Ən yaxşı halda “Qarabağ”ın bir top fərqi ilə qalib olmasını ehtimal edirəm. Bu baxımdan həlledici oyun Macarıstanada keçiriləcək.

Əgər “Qarabağ” bu mərhələdə Ferençvaroşu keçsə, əminəm ki, Çempionlar liqasının qrup mərhələsində oynayacaq. Çünki bundan sonrakı rəqibləri də bəllidir.  

Moldovanın “Şerif”  və Çexiyanın “Viktoriya” klubları arasında olan oyunun qalibi “Qarabağ- Frençvaroş” qarşılaşmasının qalibi ilə görüşəcək.
“Ferençvaroş” həm “Şerif”, həm də “Viktoriya” komandalardan fiziki və texniki baxımdan qat-qat güclü bir komandadır. Əgər “Qarabağ” “Ferençvaroş”u keçsə, artıq onu Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmış hesab edə bilərik”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO