Sonaxanımdan qalmaqallı fikirlərinə REAKSİYA:

Sonaxanımdan qalmaqallı fikirlərinə REAKSİYA: "Gəlinlər rayonda ailəsini atıb Bakıda yaşamaq istəyir" - ÖZƏL

Hazırda oxunan: Sonaxanımdan qalmaqallı fikirlərinə REAKSİYA: "Gəlinlər rayonda ailəsini atıb Bakıda yaşamaq istəyir" - ÖZƏL

86761

“Səsləndirdiyim fikirləri hamıya şamil etməmişəm. Soğan yeməmisiniz, içiniz niyə göynəyir? Rayondan Bakıya axın edən gənclər televizorlarda sosial verilişlərə baxsınlar. Görsünlər ki, cavan xanım, gəlin ailəsini, uşağını atıb, gəlir Bakıya. Soruşursan ki, “Nə işin sahibisən?” cavab olaraq “Heç bir işin sahibi deyiləm. Rayonda qalmaq istəmirəm, Bakıda yaşamaq istəyirəm” deyir. Ailən, uşağın rayonda, Bakıda qalmağa yeri yoxdur, bəs paytaxtda nə axtarırsan? Bu sualı açıq şəkildə canlı efirdə ifadə edə bilmədim”. 

Bu barədə aktrisa Sonaxanım Əliyeva Bizim.Media-nın əməkdaşı ilə söhbətində danışıb.  
 

MÖVZU İLƏ BAĞLI:

Aktrisa rayondan Bakıya gələn cavanları tənqid etdi: “Daha çox avaraçılıq edirlər” - VİDEO


Sənətçi “Gəl danış” ictimai-sosial verilişdə söylədiyi “Bölgələrdə yaşayan cavanlar, istər qız olsun, istərsə də oğlan, elə bilirlər ki, sanki Bakıya bal yaxıblar...

Burada özümüzün nəfəs almağa havamız qalmayıb. Rayondan gələn cavanlar paytaxtda həddən artıq çoxdur. İşləməkdən çox avaraçılıq edirlər” fikirlərinə belə münasibət bildirib. 

“Bölgələrdən ağıllı, kamallı cavanlar var ki, Bakıya gəlib, universitetlərdə təhsil alırlar, eyni zamanda işləyirlər. Onları çox dəstəkləyirəm, düz edirlər. Amma heç nə bacarmayıb, qalmağa da yeri olmayanların Bakıya gəlmələrinə qarşıyam. Gedin, oturun ailənizin yanında. Bir neçə sosial verilişlərdə ekspert qismində iştirak edirəm. Gözümün önündədir hər şey. O qədər gəlinlər var ki, ailələrini atırlar üz tuturlar verilişlərə, deyirlər ki, “Rayona qayıtmaq istəmirəm, Bakıda qalmaq istəyirəm. Mənə burada iş tap”. Sənə iş tapanamsa, elə gedib özümə iş taparam da”. 

Sonaxanım ifadələrinə görə sosial şəbəkə əhli tərəfindən qınaq obyektinə çevrilməsinə də belə reaksiya verib: 

“Sosil şəbəkələrdə izləyicilər haqqımda yazırlar ki, “Özü Bakıdan rayona gəlir, amma rayonda qalanları tənqid edir”. Rayona gəlməyə heç zamanım da yoxdur. Rayona istirahətə gedirəm, yaşamağa yox. Bir həftə dincəlib, sonra yenidən qayıdıram Bakıya. Rayona istirahətə gedirəm, kişi axtarmağa yox. Azərbaycanı bölgələrə bölməmişəm, bölmərəm də. Hər zaman deyirəm ki, mən azərbaycanlıyam. Hər bir bölgəmizə də hörmətim var”. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO