Daşkənd görüşünün ÜÇ PRİORİTETİ: Özbəkistanda bundan sonra nə baş verəcək?

Daşkənd görüşünün ÜÇ PRİORİTETİ: Özbəkistanda bundan sonra nə baş verəcək?

Hazırda oxunan: Daşkənd görüşünün ÜÇ PRİORİTETİ: Özbəkistanda bundan sonra nə baş verəcək?

86730

“Daşkənddə keçirilən üçtərəfli görüş və imzalanan bəyannamə onu göstərir ki, Kiçik Asiyadan başlayaraq Cənubi Qafqaz və Mərkəzi Asiyadan keçməklə Ön Asiyaya qədər uzanan coğrafiyanın strateji əhəmiyyəti və tarixi missiyası yenidən aktuallıq kəsb etməyə başlayır”.

Bunu Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Daşkənddə Türkiyə, Azərbaycan və Özbəkistan xarici işlər nazirlərinin I üçtərəfli görüşünün yekunlarını dəyərləndirərkən deyib:
 

MÖVZU İLƏ BAĞLI:

Daşkənddə 3 ölkə nazirləri nəyi müzakirə ediblər? – XİN məlumat yaydı - FOTO


“Sevindiricidir ki, hazırkı mərhələdə ənənəvi coğrafiyanın həqiqi sahibləri milli iradə nümayiş etdirməyi bacarıb. Atılan addımlar, verilən qərarlar regionun gələcəyi baxımından strateji əhəmiyyət kəsb edir. Türk dövlətləri təşkilatına üzv olan dövlətlərin ümumi birliyi mövcuddur. Eyni zamanda, ikitərəfli, üçtərəfli formatda da əməkdaşlıq dərinləşir. Özbəkistan Orta Asiyanın strateji əhəmkiyyətə malik mühüm dövləti kimi, Azərbaycanla münasibətlərə xüsusi əhəmkiyyət verir. Burada üç prioritet var. Biri Özbəkistanın Azərbaycan və Türkiyə üzərindən Qərbə çıxması, bu ölkənin iqtisadiyyatının güclənməsi və inteqrasiyasıdır. İkincisi isə, Azərbaycanın yaratdığı kommunikasiyalardan Özbəkistanın da istifadə etməsidir. Başqa bir tərəfdən, bu görüş və orada müzakirə olunan məsələlər ortaq milli maraqlarımızı təmin edən siyasi ittifaqın daha da dərinləşməsinə xidmət edir”. 

Deputatın bildirdiyinə görə, Daşkənd Bəyannaməsində əksini tapan məsələlər bu gün üçün aktual olan məsələlərdir:

“Azərbaycan Prezidentinin Özbəkistana səfəri zamanı ikitərəfli əməkdaşlığın prioritetləri müəyyən olundu. Burada iqtisadi əlaqələrin artırılmasından, hərbi-siyasi əməkdaşlıqdan tutmuş humanitar əlaqələrin dərinləşməsinə qədər böyük bir sfera ətraflnda anlaşma imzalandı”. 

Bu fonda H. Babaoğlu düşünür ki, Daşkənd Bəyannaməsi üçtərəfli əlaqələrin gələcəyini təyin edən mühüm strateji sənəd olmaqla, eyni zamanda Orta Asiyanın digər ölkələrilə də bənzər əlaqələrin qurulması yolunda mühüm bir nümunə olacaq.

Həmsöhbətimiz qeyd edir ki, hər 3 dövlətin xeyrinə olacaq addımların atılması Bakı, Ankara və Daşkəndin beynəlxalq münasibətlər sistemində mövqelərinin daha da güclənməsinə xidmət edəcək:
 

“Azərbaycan, Türkiyə və Özbəkistan iqtisadi müstəvidə böyük potensiala, təbii resurslara, böyük əmək qüvvəsinə, yol-nəqliyyat kommunikasiyasına malikdirlər. Eyni zamanda, müasir sənaye çağırışları kontekstində gələcək məqsədləri və ortaq hədəfləri olan ölkələrin öz iqtisadi potensiallarını bərabər səfərbər etmələri şərti yaranır.


Çünki həm iqtisadi, həm də siyasi kontekstdə milli dövlətlər təkbaşına ciddi uğurlar əldə etmək imkanına malik deyil. İstehsalı təmin edəcək şərtlərin hər biri olduğu halda, onu təşkil etmək zərurəti də yaranır. Hər 3 dövlətin xeyrinə olacaq addımların atılması ilə həm iqtisadi, həm də siyasi kontekstdə Türkiyə, Azərbaycan və Özbəkistanın beynəlxalq münasibətlər sistemində mövqeyi daha da güclənəcək. Bu həmçinin, üç ölkənin qarşılıqlı inteqrasiyasını təmin edəcək”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO