Cəlilabadda ögey anasını öldürən şəxsin məhkəməsi başlayır

Cəlilabadda ögey anasını öldürən şəxsin məhkəməsi başlayır

Hazırda oxunan: Cəlilabadda ögey anasını öldürən şəxsin məhkəməsi başlayır

86723

Cəlilabad rayonunda ögey anasını qətlə yetirməkdə ittiham olunan 1967-ci il təvəllüdlü Sabir Əsədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Bizim.Media-nın xəbərinə görə, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Nahid Hüseynovun icraatına verilib. 
Yaxın günlərdə bu iş üzrə məhkəmə başlanacaq.

İttihama görə, ötən il mayın 9-da Cəlilabad rayonu, Zərbiəlli kənd sakini 1954-cü il təvəllüdlü Gülgəz Əsədovanın qeyri-aşkar şəraitdə xəsarət alması və aldığı xəsarətlər nəticəsində mayın 27-də ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bu iş üzrə istintaq aparılsa da, cinayəti törətmiş şəxs müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb.

Polis və prokurorluq əməkdaşları tərəfindən cinayət işi yenidən öyrənildikdən sonra bu il aprelin 6-da dayandırılmış icraat təzələnməklə istintaq davam etdirilib.

İstintaq müəyyən edib ki, Gülgəz Əsədovanı ögey oğlu Sabir Əsədov qətlə yetirib. Belə ki, Sabir Gülgəz ilə şəxsi münasibətlər zəminində aralarında münaqişə yaranıb. 

Baş verən mübahisə zamanı Sabirin Gülgəzi birgə yaşadıqları evdə təpiklə sol ayaq nahiyəsinə xəsarətlər yetirməsi, sonuncunun yetirilən xəsarətlər nəticəsində yaranan ağciyər arteriyasının tromboemboliyası səbəbindən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış mötəbər sübutlar əsasında iyulun 16-da Sabir Əsədova Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO